ABŞ yaxın vaxtlarda Ukraynanın Rusiyanın nəzarəti altında olan vilayətlərində “referendum”ların keçirilməsi ilə əlaqədar Kremlə yeni sanksiyalar elan edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalına müsahibəsində deyib.
O, sanksiyaların mahiyyətini açıqlamayıb.