26 Sentyabr 2022 00:13
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qadınların pensiya yaşının 64-dən 65-ə qaldırılmasına və pensiya fondlarında yaranan çatışmazlığı ödəmək üçün əlavə dəyər vergisinin artırılmasına səs veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə səslərin hesablanmasını onlayn həyata keçirən RTS ictimai televiziya şirkəti məlumat yayıb.

“Qadınlar da kişilər kimi 65 yaşa qədər işləyəcəklər. Vətəndaşlar pensiya islahatının hər iki elementini bəyəniblər. Qadınların pensiya yaşının artırılması son nəticədə seçicilərin 50,6%-i, ƏDV-nin artırılmasını isə 55,1% dəstəkləyib”, - RTS qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər