26 Sentyabr 2022 08:00
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri, "İrəli, İtaliya" Partiyasının rəhbəri Silvio Berluskoni Senata seçkilərdə özünün birmandatlı dairəsində liderlik edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

S.Berluskoni parlamentin yuxarı palatasına namizədliyini Montsa şəhərində irəli sürüb. Siyasətçi Lombardiya vilayətinin şimal bölgəsində yerləşən bu şəhərin eyniadlı futbol klubuna sahiblik edir.

Dairədən bülletenlərin az qala onda birinin hesablanmasına görə, Berluskoni 48 % səs toplayır və ən yaxın təqibçisini, demək olar, 20 % qabaqlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər