26 Sentyabr 2022 09:45
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Ukrayna ərazisinə 5 raket və 12 hava zərbəsi endirib, 40-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

“Ukraynanın hər yerində hava və raket zərbələri təhlükəsi var. MLRS-dən 83-dən çox hücum edilib. Mülki əhalini vurmaq üçün PUA-dan da istifadə olunub. 40-dan çox yaşayış məntəqəsi, o cümlədən Kupyansk, Kramatorsk, Baxmut, Krasnoqorovka, Maryinka, Kamenka, Kuraxovo, Pavlovka, Zaporojye, Nikopol, Oçakov, Nikolayev və Odessa atəşə tutulub”, - məlumatda deyilir.

Baş Qərargah həmçinin Volın və Polesye istiqamətlərində vəziyyətin ciddi dəyişmədiyini əlavə edib:

"Digər istiqamətlərdə isə ruslar tanklardan, minaatanlardan və artilleriyadan atəş açıblar".


Müəllif: Nemət