26 Sentyabr 2022 11:00
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hicab qaydalarına əməl etməməsi səbəbilə polis tərəfindən saxlanılan 22 yaşlı Mahsa Eminin ölümündən sonra başlamış nümayişlər davam edir.

Teleqraf.com xəbər verir ki, 20 yaşlı Hədis Nəcəfinin də öldürüldüyü bildirilir.

Təhlükəsizlik qüvvələrinin Kəracda atəş açdıqdan sonra Hədis Nəcəfi ölüb. Digər tərəfdən, Avropa İttifaqı İranı etirazları yatırmaq üçün zorakılıqdan istifadə etməməyə və ictimai internetə çıxışa icazə verməyə çağırıb.

Müxaliflərə məxsus “IranWire” xəbər saytının məlumatına görə, Hədis Nəcəfi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

Digər tərəfdən, sosial mediada yayılan görüntülərdə Hədis Nəcəfi olduğu iddia edilən şəxsin saçlarını bağlayaraq aksiyaya qatılmağa hazırlaşdığı görünür.

“Biz gözləyirik ki, İran etirazların zorakılıqla yatırılmasını dərhal dayandırsın, internetə çıxış və məlumatın sərbəst axını təmin etsin”, - Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Borrell bildirib.

Qeyd edək ki, İranda aksiyalar sentyabrın 17-də Emininin dəfn mərasimindən sonra başlayıb və bütün ölkəyə yayılıb. Qeyri-rəsmi məlumatlara görə, aksiyalar zamanı 50 nəfərdən çox insan öldürülüb.


Müəllif: Nemət

Oxşar xəbərlər