26 Sentyabr 2022 13:48
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Ədliyyə naziri Vincent Van Quickenborneni qaçırmağı planlaşdırdığı iddia edilən 4 Hollandiya vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, həftənin əvvəlində Belçikanın Ədliyyə naziri Vincent Van Quickenbornenin Vest-Vlaanderen bölgəsindəki evinin qarşısında odlu silahla Hollandiya nömrəli avtomobilin tapılmasından sonra başladılan istintaq çərçivəsində polis 4 Hollandiya vətəndaşı həbs edilib.

Van Quikenborna qarşı təhlükənin nə olduğu barədə rəsmi açıqlama verilməsə də, Belçika mətbuatı narkotika ilə məşğul olan qrupun naziri qaçırmağı planlaşdırdığını iddia edib. Şübhəlilərdən üçü ötən cümə gecəsi, biri isə bu gün yaxalanıb. Prokurorluq adam oğurluğu iddialarını təsdiqləməsə də, Belçika polisi şübhəlilərin Hollandiyadan ekstradisiya edilməsi üçün işə başlayıb.

Belçika mətbuatı nazir Van Quikenbornun evinin qarşısındakı avtomobildə bir Kalaşnikov avtomatı, odlu silah və iki şüşə benzin tapıldığını qeyd edib.

Federal prokurorlar şənbə günü nazir Van Quikenbornun “ciddi təhdiddən” sonra daha sərt polis nəzarətinə götürüldüyünü, nazirin özünün ötən həftə təhlükəsizliyi ilə bağlı məlumatlandırıldığı bildirilir.

Van Quickenborne sosial media hesabından verdiyi açıqlamada “ciddi təhlükəsizlik” altında olduğunu və mütəşəkkil cinayətlə mübarizə aparan hər kəsin riskləri bildiyini və cinayətkar qrupları hədəf almağa davam edəcəyini vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər