26 Sentyabr 2022 13:17
3 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan tanınmamış Luqansk və Donetsk Xalq Respublikalarının, eləcə də Zaporoje və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumu tanımır və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə əməl edir”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadyarov deyib.

O xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT nizamnaməsinə əsaslanan beynəlxalq hüquq prinsipinin qorunmasının vacibliyini açıq şəkildə bəyan edib.

“Siyasi dialoqun qurulmasına hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Eyni zamanda, ölkəmiz həm regional, həm də qlobal səviyyədə sabitliyin qorunub saxlanmasını ən vacib məsələ hesab edir”, - XİN nümayəndəsi bildirib.

Tokayev iyunda Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Konfransında Qazaxıstanın tanınmamış Donetsk və Luqansk Xalq Respublikalarını tanımadığını açıqlayıb.

Sentyabrın 23-də Ukraynanın Luqansk, Donetsk, Zaporoje və Xerson vilayətlərindəki separatçılar Rusiyaya birləşməyə dair “referendum”a başlayıblar. Proses sentyabrın 27-dək davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər