26 Sentyabr 2022 15:49
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hələ fiziki olaraq NASAMS mobil zenit-raket komplekslərini almayıb. Çatdırılmalar hələ baş tutmayıb, lakin onların təsdiqi ilə bağlı qərar var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz qərar qəbul etdik, razılıq aldıq, lakin NASAMS özü hələ çatdırılmayıb”, - Zelenski qeyd edib.

Sözügedən Norveç istehsalı olan hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı məlumatlar Zelenskinin CBS telekanalına müsahibəsində verdiyi açıqlamadan sonra yayılmağa başlayıb.

Prezident deyib: “ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə və bunun sayəsində üstünlüyü ələ keçirməyimizə ehtiyacımız var. Artıq təsdiqlənmiş müsbət qərara görə prezident Baydenə və Konqresə təşəkkür etmək istəyirəm"


Müəllif: Nemət