Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi gələn ilin sonuna qədər qlobal iqtisadiyyata 2,8 trilyon dollara başa gələcək. Sərt qış Avropada enerji normasının pozulmasına gətirib çıxaracaq.
Teleqraf.com bildirir ki, bu barədə “The Wall Street Journal” yazır.
Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi enerji qiymətlərində sıçrayışa səbəb olub, bu isə ev təsərrüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarıb və biznes ictimaiyyətinin etimadını sarsıdıb.
Müharibə eyni zamanda tədarük zəncirlərini pozub, ərzaq və digər zəruri əşyaların çatışmazlığına səbəb olub.
Qərb Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı qərarının və müharibənin aylarla, hətta illərlə çəkə biləcəyindən ehtiyat edir.