26 Sentyabr 2022 19:42
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ukraynadakı referendumda xüsusi fəallıq göstərənlərə sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, xarici işlər naziri Ceyms Kleverli 92 nəfərə sanksiya elan edildiyini açıqlayıb. O, bu referendumun beynəlxalq hüququn, o cümlədən BMT nizamnaməsini açıq şəkildə pozduğunu bildirib.

Sanksiya olunan şəxslər arasında Xersonda qurulan hökumətinin başçısı, Rusiya Hərbi Dəniz Qüvvələrində vitse-admiral Sergey Yeliseyev, qondarma Luqansk Xalq Respublikasının Təhsil və Elm Naziri İvan Kusov, Zaporijiyada qondarma hökumətin başçısı təyin olunan Yevgeni Balitski, qondarma Donetsk Xalq Respublikası sədrinin müavini Evgeni Solntsevin adları var.

Həmçinin Rusiyadakı iş adamı Qod Nisanov və Zarax İliyev sanksiyalara məruz qalıblar. Onların birlikdə 2 milyard funt sterlinq dəyərində sərvəti var. Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti və təsisçisi İsgəndər Mahmudov, ARETI Beynəlxalq Qrupunun prezidenti və sahibi İqor Makarova da sanksiya tətbiq edilib.


Müəllif: Teleqraf.com