26 Sentyabr 2022 20:55
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

O, bildirib ki, Türkiyə öz hüquq və mənafelərini müdafiə etmək üçün əlində olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək.

“Yunanıstanı bizim səviyyəmizə yüksəltmək üçün nə hərbi, nə də siyasi və iqtisadi yardımlar yetərli deyil, ancaq bunlar Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir. Yunanıstanın hər yerində işğalçı kimi görünən xarici hərbi birləşmələr bizi deyil, əslində yunan xalqını narahat etməlidir.

Biz Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər