27 Sentyabr 2022 08:00
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mersin şəhərində iki qadın polis yataqxanasına hücum ediblər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum silahlıların polis yataqxanasını atəşə tutması nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, polislər silahlılara cavab atəşi açıblar, silahlılar hadisə yerindən qaçıblar.

Hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları cəlb edilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hucum edən terrorçu qadınlar polislər atışmada yaralanıb, daha sonra isə özlərini üzərlərində olan partlayıcı ilə partladıblar.

Nazir qeyd edib ki, hücumun arxasında duran bütün şəxslər müəyyən ediləcək və cəzaları veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər