27 Sentyabr 2022 10:44
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Qüvvələrinin bölmələri gün ərzində əhalinin məskunlaşdığı ərazilərdə düşmənin hücumunu dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

“Müdafiə Qüvvələrinin bölmələri gün ərzində Soledar, Kurdyumovka, Zaytsevo, Mayorsk, Baxmut, Kamenka, Pervomayskoye yaşayış məntəqələri ərazilərində düşmən hücumlarını dəf edib”, - məlumatda deyilir.

Bu arada Müdafiə Qüvvələrinin hərbi aviasiyası qarşı tərəfə 28 zərbə endirib. Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 20-dən çox ərazinin və zenit-raket komplekslərinin 7 mövqeyinin vurulduğu təsdiqlənib.

Baş Qərargah həmçinin raket qüvvələri və artilleriya qurğularının 5 idarəetmə məntəqəsini, düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi 12 ərazini, zenit-raket komplekslərinin 2 mövqeyini, döyüş sursatı olan 3 anbarını, həmçinin 10-dan çox ayrı-ayrı mühüm hədəfi vurduğunu bildirib.


Müəllif: Nemət