27 Sentyabr 2022 11:27
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran və Rusiya arasında hərbi əməkdaşlıq müqaviləsi var. Amma Ukraynadakı müharibədə heç bir tərəfini dəstəkləmirik, çünki bunun davam etməsini istəmirik”.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan “Al-Monitor”a müsahibəsində ölkəsinin Rusiyaya dron satıb-satmadığı sualına cavab verərkən deyib.

“Ukraynada, Yəməndə və ya Fələstində istənilən müharibəyə qəti şəkildə qarşıyıq. Biz də Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etdik. Hər hansı tərəfin Ukraynaya və ya Rusiyaya silah göndərməsini yanlış hesab edirik. Siyasi dialoqa və bu böhranın siyasi danışıqlar yolu ilə həllinə kömək etməyə davam edəcəyik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər