“Luqansk Xalq Respublikası” (LXR) və “Donetsk Xalq Respublikası” (DXR) Rusiyanın tərkibinə daxil olarsa hərbi vəziyyətlə bağlı yeni qərar verəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu separatçı LXP-nin rəhbəri Leonid Paseçnik deyib.
“Qoşulduğumuz halda biz Rusiya Federasiyasının subyektinə çevriləcəyik. Biz sadəcə hərbçi olmaqla əmrlərə açıq şəkildə əməl etməklə, istənilən işi yerinə yetirəcəyik”, - Leonid Paseçnik bildirib.
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, həmçinin Paseçnik və DXR rəhbəri Denis Puşilin bazar ertəsi Krasnodonda görüşüb.
Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı isə bildirib ki, Kiyevdən gələn hücumlara qarşı Rusiya Federasiyasının yeni regionlarının ərazilərində əks-terror əməliyyatı (KTO) rejimi tələb oluna bilər.
O qeyd edib ki, KTO rejiminin tətbiqi barədə qərarı təhlükəsizlik sahəsində federal icra hakimiyyəti orqanının rəhbəri, xüsusi hərbi əməliyyatın keçirilməsi barədə qərarı isə Rusiya Federasiyasının prezidenti qəbul edir.
Bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, Donbas, Zaporojye və Xerson vilayətlərinin ələ keçirilən əraziləri Rusiyanın tərkibinə daxil olacağı təqdirdə xüsusi hərbi əməliyyat faktiki olaraq anti-terror əməliyyatına çevriləcək.