27 Sentyabr 2022 13:23
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Əfqanıstandakı hazırkı Taliban hökuməti nümayəndələrinin bu qurumun Baş Assambleyasının 77-ci sessiyasının siyasi müzakirələrində iştirakını rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın Doha qərargahının rəhbəri Məhəmməd Süheyl Şahin açıqlama verib.

O, BMT-nin bu qərarını ədalətsiz addım hesab edir.

Süheyl Şahin bildirib ki, Əfqanıstan İslam Əmirliyi təsbit edilmiş faktdır və əfqanların BMT Baş Assambleyasında dinlənilmək hüquqları var.

Qeyd edək ki, ötən il Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın elan etdiyi hökumət BMT tərəfindən tanınmır. Beynəlxalq qurum Talibanı Əfqanıstanın legitim hökuməti hesab etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər