27 Sentyabr 2022 16:48
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın rus ordusunun nəzarətində olan Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərində sentyabrın 23-də başlayan “Rusiyaya birləşmə referendumu” bu gün başa çatacaq.

Teleqraf.com xəbər verir ki, Qərb ölkələri, o cümlədən Türkiyə “referendum”u tanımayacaqlarını açıqlayıb.

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya hakimiyyətinin rəhbərlik etdiyi proseslə bağlı məlumat yayıb.

Nazirliyin iddiasına görə, Prezident Vladimir Putin sentyabrın 30-da parlamentdəki çıxışında Ukraynanın bu ərazilərinin Rusiyaya ilhaqını açıqlayacaq.

“Rusiya hakimiyyəti belə bir açıqlamanın ölkədə vətənpərvərlik hisslərini gücləndirəcəyinə inanır”, - məlumatda bildirilir.

Luqansk, Donetsk, Zaporoje və Xerson Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər