27 Sentyabr 2022 18:16
3 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik elan edildikdən sonra bir çox Rusiya vətəndaşı ölkəni tərk etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, rusiyalıların üz tutduğu ölkələrdən biri olan Qazaxıstanın Prezidenti Kasım Jomart-Tokayev səfərbərlikdən qaçan Rusiya vətəndaşlarını qoruyacaqlarını söyləyib.

“Qazaxıstan çıxılmaz vəziyyətdən qaçan ruslara qayğı və təhlükəsizlik təmin edəcək. Çoxları çıxılmaz vəziyyətə görə ölkəni tərk etmək məcburiyyətində qalır. Biz onları qorumalıyıq. Bu, siyasi və humanitar məsələdir”, - Tokayev bildirib.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə qismən səfərbərlikdən qaçanların 10 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan fərman imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər