27 Sentyabr 2022 19:42
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Ermənistana silah verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın gündəlik “Le Figaro” qəzetinin redaktor müavini Jean-Christophe Buisson belə bir twitter hesabında yazıb.

“Birləşmiş Ştatlar türklərindən müdafə etmək üçün Ermənistana silah tədarük etməyi planlaşdırır. Bəs Avropa İttifaqı? Bəs Fransa?"- deyə tvittə qeyd olunub.

Qeyd edək ki, bu twit “SaveArmenia” (Ermənistanı xilas et), “StandWithArmenia” (Ermənistanın yanında dur) , “ArmenianLivesMatter” (Erməninin həyatı ciddi önəm daşıyır) adlı həştaqlarla paylaşılıb.

Amerika Erməni Milli Komitəsi (ANCA) bəyan edib ki, Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ABŞ siyasətçiləri konqresin təzyiqi altında Ermənistana silahların satışını nəzərdən keçirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər