27 Sentyabr 2022 20:14
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən “referendumlar”da səsvermə başa çatır.

Teleqraf.com xəbər verir ki, ilkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər