Qazaxıstana gedən hərbiyə yararlı Rusiya vətəndaşlarına sərhəddə çağırış vərəqələri təqdim edilir.
Teleqraf.com xəbər verir ki, artıq sərhəd nəzarəti buraxılışının əməkdaşları çağırış vərəqələri təqdim etdikləri rusları zorla hərbi xidmətə aparırlar.
Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb.