27 Sentyabr 2022 23:38
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin (AP) deputatı Bela Kovaç “Avropa İttifaqı (Aİ) qurumları əleyhinə Rusiyaya casusluq etməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, hazırda Rusiyada olan Kovaç ölkəsinə gələrsə, ən yaxşı halda cəzasının 2/3-ni tamamladıqdan sonra azadlığa buraxılacaq.

Qeyd edək ki, Kovaçın 2012-2014-cü illər arasında Rusiya xüsusi xidmət orqanlarının adından işləyən şəxslərə Aİ əleyhinə məlumatlar verdiyi, rus diplomatlarla tez-tez əlaqə saxladığı və ayda bir dəfə Moskvaya səfər etdiyi iddia edilir.

14 oktyabr 2015-ci ildə AP Macarıstan Baş Prokurorluğunun tələbi ilə Kovaçın toxunulmazlığını ləğv etdi.

Macarıstan mətbuatında çıxan xəbərlərdə Moskvada yaşayan Kovaçın Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs dediyi və Macarıstana qayıtmağı planlaşdırmadığı bildirilir.


Müəllif: Teleqraf.com