28 Sentyabr 2022 11:12
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna əsgərləri gün ərzində bir təyyarəni, dronu və bir X-59 idarə olunan hava raketini məhv edib, həmçinin səkkiz yaşayış məntəqəsində hücuma keçən rus ordusunu geri oturdub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hazırda Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Zaitsevoe, Mayorsk, Jeleznoye, Nikolayevka Vtoraya, Pervomayskoye, Pobeda, Novomikaylovka və Bezymyannı qəsəbələri ərazilərində hücumları dəf edib. 3 dayaq məntəqəsi və 7 zenit-raket mövqeyi vurulub. Bundan başqa, gün ərzində Ukraynanın hava hücumundan müdafiə bölmələri rus ordusunun bir təyyarəsini, 6 PUA və 1 ədəd Kh-59 idarə olunan hava raketini məhv edib”, - məlumatda deyilir.

Raket qoşunları və artilleriya qurğuları rusların 12 canlı qüvvə və texnikasının cəmləşdiyi ərazini, 4 silah-sursat anbarını, hava hücumundan müdafiə və elektron döyüş mövqelərini, o cümlədən “Jitel” avtomatlaşdırılmış tıxanma məntəqəsini də vurub.


Müəllif: Nemət