28 Sentyabr 2022 11:20
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Luqansk Xalq Respublikasının (LNR) rəhbərliyi Rusiya Prezidenti Vladimir Putindən LNR-nin Rusiya Federasiyasına qoşulması məsələsinə baxmağı xahiş edən sənəd hazırlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçı Luqansk respublikasının lideri Leonid Paseçnik bildirib.

O deyib ki, “respublika” sakinləri referendumla Rusiyada firavan gələcək seçiblər.

“Nəticə məlumdur! “Luqansk Xalq Respublika”sının xalqı parlaq və firavan gələcək seçib”, - separatçı deyib.

Paseçnik saxta respublikanın vətəndaşlarını çoxdan gözlənilən hadisə münasibətilə təbrik də edib.

LXR MSK-nın məlumatına görə, seçicilərin 98,42%-i referendumda respublikanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə səs verib.


Müəllif: Nemət

Oxşar xəbərlər