“Prezident Co Bayden ABŞ-ın “Şimal Axını 2” qaz kəmərinə qarşı təhdidini dərk edib-etmədiyi sualına cavab verməyə borcludur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Prezident Co Bayden 25-26 sentyabr tarixlərində boru kəmərində fövqəladə hadisə baş verən zaman ABŞ-ın təhdidini dərk edib-etmədiyi sualına cavab verməyə borcludur. Niyyət bəyanatı vədlə dəstəkləndi. Sözlərimizə cavabdeh olmalıyıq. Söylənənlərin səhv başa düşülməsi məsuliyyətdən azad etmir. Avropa həqiqəti bilməlidir”, - XİN rəsmisi bildirib.