Birləşmiş Ştatlar Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim olunur. Buraya 18 HIMARS reaktiv raket sistemi (MLRS) və 150 "Humvee" zirehli yolsuzluq avtomobili daxildir.
Nəşrin mənbələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurlarında HIMARS və digər oxşar sistemlər əsas rol oynayıb.
Bundan əlavə, paketə 150 taktiki avtomobil, radar və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daxildir. Belə ki, Ukraynada müharibə başlayandan indiyədək Amerikanın Kiyevə yardımının ümumi həcmi 16,2 milyard dollara, Cozef Baydenin prezidentliyinin əvvəlindən isə 16,9 milyard dollara çatıb.