Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində paylaşım edib.
“Avropa ittifaqının qeyri-qanuni “referendum”ları yekdilliklə pisləməsinə və Ukraynaya sarsılmaz dəstəyinə görə təşəkkür edirəm. Aİ-nin cavab tədbirləri, o cümlədən sanksiyaların gücləndirilməsi ilə bağlı praktiki addımları müzakirə edildi”,- deyə Zelenski bildirib.