29 Sentyabr 08:00
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski rus əsgərlərə videomüraciət edib.

Teleqraf.com xəbər verir ki, prezidentə görə, Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır:

“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, - o bildirib.

O, ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb: “Rusiyalılar onsuz da çox şeydən məhrum olub. Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik”.


Müəllif: Teleqraf.com