29 Sentyabr 2022 08:29
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən təxribatlarla bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.

Qeyd edək ki, “Şimal axını”nda üç sızma aşkar edilib.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının boru kəməri insidentləri ilə bağlı istənilən təhqiqata dəstək verəcəyini vurğulayıb. Eyni zamanda o, artıq mövcud olan məlumatlara istinad edərək, qəzaların qəsdən törədildiyini bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər