ABŞ Prezidenti Co Bayden Ağ Evdə qlobal aclıqla bağlı konfrans zamanı Respublikaçıların İndiana təmsilçisi Ceki Uolorskiyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Amerika liderinin səsləndiyi Uolorski keçən ay avtomobil qəzasında həyatını itirib.
Bayden və həyat yoldaşı ölümündən sonra qəzanın onları çox kədərləndirdiyini söyləmişdi.
Uolorski konfransı maliyyələşdirmək üçün qanun layihəsinin dörd konqres həmsponsorundan biri idi. O, avqustun əvvəlində iki köməkçisi ilə birlikdə vəfat edib.
Missuri ştatının Respublikaçı senatoru Viki Hartzler Baydenin bu səhvinə belə reaksiya verib:
“Həqiqətən dəhşətli və utancverici bir səhvdir”.
Bayden çıxışı zamanı səhvini düzəltməyib. Görüntü Tvitter və digər sosial media platformalarında sürətlə yayılıb.
Bəziləri bu anı 79 yaşlı Baydenin prezident olmaq üçün əqli durumunun normal olmadığının sübutu kimi qəbul etdiklərini bildiriblər.