Rusiya Ukrayna əməliyyatı üçün qismən səfərbərlik elan etdikdən sonra bu ölkədən Avropa Birliyi ölkələrinə avtomobil yolu ilə keçən rusların sayı kəskin artıb.
Teleqraf.com xəbər verir ki, AB-nin sərhədlərinə nəzarətdən məsul qurum olan Frontexin məlumatlarına görə, 19-25 sentyabr dövründə quru sərhədlərindən daxil olan rusların sayı əvvəlki həftə ilə müqayisədə 30 faiz artaraq 66 minə çatıb.
Frontex bildirib ki, Rusiyadan daha çox Finlandiya və Estoniya sərhədindən istifadə edərək Aİ-yə daxil olan rusların viza, yaşayış icazəsi və ya ikili vətəndaşlığı var.
Müharibə başlayandan bəri 1,3 milyon rus AB-yə avtomobil yolu ilə daxil olub. Frontex onların 1,27 milyonunun Rusiyaya qayıtdığını açıqlayıb.