29 Sentyabr 2022 11:20
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında məktəbdə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərindəki Rudsdale Nevkomer Liseyində atışma baş verib.

Hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları cəlb edilib. Səlahiyyətlilər hücumun saat 12:45 radələrində baş verdiyini və 6 nəfərin yaralandığını bildirib.

Oklend polis hadisənin araşdırıldığını və şübhəlinin axtarıldığını bildirib.


Müəllif: Nemət