29 Sentyabr 2022 12:15
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qismən səfərbərlik elan edildiyi andan hərbi qeydiyyatda olan vətəndaşların yaşayış yerini tərk etməsi qadağan edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında 31-FZ-yə uyğun olaraq, hərbi qeydiyyatda olan vətəndaşlara səfərbərlik elan edildiyi andan hərbi komissarlıqların icazəsi olmadan yaşayış yerini tərk etmək qadağandır. Belə bir qanunun aliliyi var və bunu hərbi xidmətə cəlb olunanların hamısını rəhbər tutmalıdır”, - Volodin qeyd edib.

O əlavə edib ki, bu gün deputatlara tez-tez verilən suallardan biri də hərbi qeydiyyatda olan vətəndaşların ölkəmizdən kənara getməsi ilə bağlıdır.

Volodin əlavə edib ki, hərbi komissarlıqlar səhvləri etiraf edir və hər şeyi nizamnaməyə uyğunlaşdırırlar.


Müəllif: Nemət

Oxşar xəbərlər