“Reallıqla əlaqəsini itirən ABŞ faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrilib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Donbas, Xerson və Zaporojye xalqı sınmadı. Amma Vaşinqton bir daha nümayiş etdirdi ki, faktiki olaraq münaqişənin tərəfinə çevrilərək reallıqla əlaqəsini nə qədər itirib”, - XİN rəsmisi bildirib.
Zaxarova ABŞ və Ukraynanın Donbas, Zaporoje və Xerson vilayətlərində keçirilən “referendumlar”ın nəticələrini şübhə altında aldıqlarını söyləyib:
“Kiyev və onun amerikalı kuratorları reallığı qəbul etmək istəmir, Donetsk və Luqansk xalq respublikalarında, Xerson və Zaporoje vilayətlərində Rusiyaya birləşmək üzrə referendumların prosedurunu və nəticələrini qəzəbli şəkildə şübhə altına alırlar.
Kiyev rejimi ölkəmizin daxilində vəziyyəti qızışdırmağa cəhd edərkən kənardan yardıma ümid etməməlidir. Bu olmadı və olmayacaq”.
Qeyd edək ki, Rusiya əvvəllər rəsmi şəkildə bəyan edərək, ABŞ və digər Qərb dövlətlərinin müharibədə tərəfə çevriləcəyi təqdirdə, nüvə silahından istifadə edə biləcəyini bildirmişdi.