29 Sentyabr 2022 19:55
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcək NATO üzvlüyü Finlandiyanı Rusiya kəşfiyyatı üçün daha ​​maraqlı hədəfə çevirəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (SUPO) məlumatında deyilir.

SUPO Ukrayna ilə müharibədən sonra bir çox rusiyalı diplomatın Qərb ölkələrindən qovulmasından sonra Moskvanın son vaxtlar kiberməkana və digər kəşfiyyat mənbələrinə əl atdığını iddia edir.

Məlumatda qeyd olunur ki, Rusiyada yaşayan və ya ora səfər edən əcnəbilərlə yanaşı, Qərb ölkələrində işləyən ruslar da kəşfiyyatın hədəfi ola bilər.

Gələcəkdə NATO-ya üzv olmağın Finlandiyanı Rusiya kəşfiyyatı üçün daha maraqlı hədəfə çevirəcəyi iddia edilən açıqlamada Moskvanın qonşusu vasitəsilə alyansla bağlı kəşfiyyat məlumatları əldə etməyə çalışa biləcəyi deyilir.

May ayında İsveçlə NATO-ya üzvlük üçün müraciət edən Finlandiyanın Rusiya ilə 1340 kilometr quru sərhədi var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər