30 Sentyabr 2022 08:18
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Bayden ABŞ-Sakit Okean Adaları Ölkələri Sammitində çıxış edib.

Teleqraf.com xəbər verir ki, Bayden ABŞ və Sakit okean adaları ölkələri arasında uzun müddətdir davam edən diplomatik və müdafiə əlaqələrinə diqqət çəkib.

“Sakit okean adalarının təhlükəsizliyi bizim prioritetimiz olaraq qalır”, - ABŞ prezidenti deyib.

Amerika lideri iki adanın müstəqilliyini tanıdıqlarını da bildirib:

“Kuk adalarının və Niuenin suverenliyini də tanıdığımızı elan etməkdən məmnunam”.

Sammitdə Kuk adaları, Fici, Polineziya, Mikroneziya, Marşal adaları, Nauru, Yeni Kaledoniya, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa, Tuvalu və Vanuatudan nümayəndələr iştirak edib.

Bundan əlavə, Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları Forumunun baş katibi Henri Puna sammitə müşahidəçi qismində qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər