30 Sentyabr 2022 13:51
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada sülhə bir neçə gün ərzində nail olmaq olar”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Əgər avropalılar bunu səmimiyyətlə istəsələr, bir neçə gün ərzində sülhə nail olmaq olar”, - Belarus lideri vurğulayıb.

Rusiya-Ukrayna müharibəsindən danışan Lukaşenko Belarusun Ukraynaya hücum etməyəcəyini bildirib:

“Belaruslular heç vaxt heç kimə hücum etməyiblər və bundan sonra da etməyəcəklər. Biz heç kim üçün təhlükə deyildik. Bundan sonra da belə olacaq. Gələcəkdə də belə olacaq. Həmişə istənilən beynəlxalq problemin sülh yolu ilə həllinə sadiqik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər