30 Sentyabr 2022 22:26
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə Ukrayna xalqının həyatını heçə sayaraq, beynəlxalq hüquqa hörmət etmədiyini göstərdi”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Liz Trass deyib.

“Britaniya heç vaxt bu insanların suveren iradəsini görməzdən gəlməyəcək və biz heç vaxt Donetsk, Luqansk, Xerson və Zaporoje bölgələrini Ukrayna ərazisindən başqa heç bir şey hesab etməyəcəyik”, - baş nazir bildirib.

Trass Putinə beynəlxalq sərhədləri zorakılıqla dəyişdirməsinə icazə verilməyəcəyini söyləyib: “Onun bu qanunsuz müharibəni uduzmasına əminik”.

Sentyabrın 23-27-də Ukraynanın rus hərbi qüvvələrinin nəzarətində olan Donetsk, Luqansk, Xerson və Luqansk vilayətlərində Rusiyaya birləşmək üçün “referendum” keçirilib. Prosesdə Rusiyaya birləşməyə dair “yekdil qərar” verilib.

ABŞ və Avropa İttifaqının (Aİ) “referendum”a reaksiyası sərt olub. Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər