Rusiya Prezidenti Vladimir Putin Ukraynanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, Rusiyanın danışıqlara hazır olduğunu deyib.
“Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Rusiya dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib.