30 Sentyabr 2022 19:00
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya dəstək verdiyi üçün Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi.

Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Radioavtomatika" kompaniyasının Çin Xalq Respublikasının olan təchizatçısı Sinno Electronics Co., Limited (Sinno) və Ermənistandan olan təchizatçısı Taco LLC-ni (Taco) sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edib.

"Sinno" Rusiyaya ixracla bağlı məhdudiyyətlərdən xəbərdar olaraq, Rusiyanın Ukraynaya növbəti işğalından əvvəl və sonra Radioavtomaika ilə davam edən əlaqələrini saxladı. İyun ayında Sinno Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verdiyi və Rusiyanın Ukraynaya növbəti işğalından sonra siyahıya alınmış və sanksiyaya məruz qalan Rusiya qurumları ilə təchizat müqaviləsini davam etdirdiyi üçün qara siyahıya salınıb.

Eyni zamand "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm Sinno, həm də Taco "Radioavtomatika" ilə işlərinə görə bir-birləri ilə qarşılıqlı əlaqədə olublar”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər