İranın Xuzestan əyalətinin Zahedan şəhərində polis bölməsinə silahlı hücum olunub.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Təhlükəsizlik Şurası xalqı sakitliyə dəvət edib.
Fars agentliyinin məlumatına görə, ən azı 2 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlərin sayının artacağı ehtimal edilir.
Bu gün Zahedan şəhərində yanğınsöndürən maşın, təcili yardım stansiyası və bir bank şöbəsi etirazçılar tərəfindən yandırılıb.