Yunanıstanın NATO qüvvələrinin keçmiş komandanı general Kristos Drivas Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında ağlasığmaz iddia irəli sürüb.
Teleqraf.com xəbər verir ki, yunan general Türkiyə liderinin ekspansionist siyasət yürütdüyünü iddia edib.
“Onun ilk hədəfi Meys adasını ələ keçirməkdir. Bundan sonra 25-ci meridian istiqamətində irəliləyərək bölgəyə hakim olmaq istəyir”, - Drivas deyib.
General NATO-nun Türkiyəni itirmək istəmədiyi üçün onun addımlarına göz yumduğunu bildirib:
“NATO baş katibi Stoltenberqin yürütdüyü siyasət çox iyrəncdir. Balanslı deyil. NATO əslində Türkiyəni itirmək istəmir”.