1 Oktyabr 11:03
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu yaxın 72 saat ərzində Rusiya hərbi qüvvələrinin mühasirəyə düşdüyü Donetsk vilayətinin Liman şəhərini geri alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın hərbi mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, Rusiya tərəfi dünən açıqlama verərək bildirib ki, rus qoşunları hələ də Torskiyə gedən yollardan birinə nəzarət edir, Ukrayna Silahlı Qüvvələr isə Stavok ərazisində Drobışev-Torski yolunu bağlayıb. Ukrayna artilleriyasının Torskiyə gedən yolda qaçan rus ordusunun bölmələrini atəşə tutduğu da bildirilir.

Ukrayna artilleriyası Kreminna-Torske yolunda Rusiya qüvvələrinin geri çəkilmək üçün yeganə qalan yolunu da bağlamağa çalışır.

Məlumatda qeyd edilir ki, rusların Limandan geri çəkilməsi xaotik xarakterinə görə Xarkov vilayətinin Balakliyasından geri çəkilmələrinə bənzəyir.

Rusiya Silahlı Qüvvələrinin Nikolayev vilayətini atəşə tutduqları, Limanı isə müdafiə edə bilmədikləri deyilir.

Qeyd edək ki, Luqansk vilayəti dünən Prezident Vladimir Putinin qərarı ilə Rusiyaya ilhaq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu