1 Oktyabr 2022 13:19
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü üçün ərizə təqdim etməsi ABŞ-ın Co Bayden administrasiyası üçün sürpriz oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” Ağ Evdə aparılan müzakirələrlə iştirak edən iki amerikalı rəsmiyə istinadən yazır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi jurnalistlərin bunun tərəfdarı olub-olmaması ilə bağlı sualına cavabında yalnız Ukraynanın təhlükəsizlik təminatını dəstəklədiyini deyib.

Nəşr Pelosinin açıqlamasını Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olması perspektivlərini dəstəkləməkdən imtina kimi şərh edir.

“Ukraynada demokratiyaya çox sadiqik. Gəlin müharibədə qalib gələk”, - Pelosi söyləyib.

İllinoys ştatından olan konqresmen Mayk Kuinli isə Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarı olduğunu iddia edib:

“İkinci Dünya Müharibəsindən sonra anladıq ki, avtoritar rejimlərin demokratik ölkələri məhv etmələrinə icazə verə bilmərik. Düşünürəm ki, bunu dəstəkləməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər