“Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə üzv edilməsi ilə bağlı Prezident Vladimir Zelenskinin yazılı müraciəti səbəbindən alyans parçalana bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, Macarıstan, Almaniya və Yunanıstan kimi ölkələr Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxa bilər.
“İstisna etmirəm ki, bu (Zelenskinin ərizəsi - red.), indi NATO-nun özünü parçalaya bilər. Eyni zamanda, bu, Şimali Atlantika blokunun dağılmasının başlanğıc nöqtəsi ola bilər, çünki şübhə etmirəm ki, Macarıstan kimi ölkələr Ukraynanın NATO-ya qəbuluna qəti şəkildə qarşı çıxacaq. Yunanıstan və Almaniyadan da şübhələnmək olar”, - polkovnik bildirib.