İranda Məhsa Əmininin ölümündən sonra sosial media hesabında “Beraye” mahnısını yayımlayan sənətçi Şervin Hacıpur saxlanılıb.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, sənətçi nümayişlərə dəstək mesajı yayımladığı üçün həbs edilib.
Hacıpur nümayişlərlə bağlı “Beraye” mahnısını sosial şəbəkədə yayımlayandan sonra mahnı qısa zamanda milyonlarla dinləyiciyə çatıb.
Hacıpurun saxlanmasından sonra türk sənətçiləri də daxil olmaqla bir çox məşhurlar sosial problemlərdən bəhs edən “Beraye” mahnısını şəxsi hesablarında paylaşaraq ona dəstək mesajı veriblər.