Ukrayna ordusu Luqansk vilayətinin Liman şəhərində Rusiyanın hərbi qüvvələrinin mühasirəyə alınmasını başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şərq Əməliyyat Komandanlığının sözçüsü Sergey Çerevatı məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı 5 yaşayış məntəqəsini azad edib.
“Limandakı rus qruplaşması mühasirəyə alınıb. Yampil, Novoselivka, Şandrıqolovo, Drobışev, Stavki yaşayış məntəqələri azad edilib”, - Çerevatı bildirib.