1 Oktyabr 15:34
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə Rusiya ilə danışıqlardan imtina qərarı Ukrayna Milli Təhlükəsizlik Şurasının iclasında yekdilliklə qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

“Sentyabrın 30-da baş verənlərdən sonra Ukrayna Putinlə heç bir danışıqlar aparmayacaq. Danışıqlar tam dayandırıldı. Biz ancaq Rusiya Federasiyasının başqa prezidenti ilə danışıqlar aparacağıq. Onunla danışmağa heç nə yoxdur”, - Danilov bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putin hakimiyyətdə olarkən Rusiya ilə diplomatik danışıqların başa çatdığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu