Mərkəzi Amerika ölkəsi Nikaraqua Hollandiya ilə diplomatik əlaqələri kəsib.
Teleqraf.com xəbər verir ki, Nikaraqua Xarici İşlər Nazirliyi açıqlamasında ölkənin Hollandiya ilə diplomatik əlaqələrini kəsdiyini bildirib.
Açıqlamada Hollandiyanın təcavüzkar və neokoloniyaçı mövqeyi ilə nikaraqualı ailələri aşağılamağa və təhqir etməyə davam etdiyi bildirilib.
Ölkənin daxili işlərinə müdaxiləni pisləyən Nikaraqua Prezidenti Daniel Orteqa dünən Hollandiya ilə münasibətləri davam etdirmək istəmədiyini bildirib.
Orteqa Hollandiyanın ölkəsindəki səfiri Kristin Pirennin Nikaraqua ilə müsəmləkəsi kimi danışdığını deyib: “Səfir sanki Nikaraqua Hollandiyanın müstəmləkəsi kimi danışmağa gəlmişdi”.