2 Oktyabr 2022 01:36
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın NATO-ya üzv olmaq istəyi hazırda əsas məsələ deyil"

Teleqraf.com TASS- istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell “24 Oras” telekanalına müsahibəsində bildirib.

O, Kiyevin Şimali Atlantika Alyansına qoşulmaq istəyini anladığını vurğulayıb. Bununla belə, Borrelin fikrincə, hazırda Ukraynanın müdafiə qabiliyyətinin saxlanmasına kömək etmək daha vacibdir.

Bir müddət əvvəl Ağ Ev də işarə etmişdi ki, indi Ukraynanın NATO-ya daxil olması məsələsini müzakirə etməyin vaxtı deyil.

Sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin NATO-ya sürətli şəkildə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər